Fransada ayrıseçkiliyə məruz qalan müsəlmanlar etiraz aksiyası keçirdilər

Fransada ayrıseçkiliyə məruz qalan müsəlmanlar etiraz aksiyası keçirdilər Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.
Digər ölkələr
15 Fevral , 2021 06:33
Fransada ayrıseçkiliyə məruz qalan müsəlmanlar etiraz aksiyası keçirdilər

Fransanın paytaxtı Parisdə ölkədə islamofobiyanın artmasına qarşı izdihamlı etiraz aksiyası keçirilib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Aksiyaçılar “Respublika dəyərlərinə hörmətin gücləndirilməsi prinsipləri" qanun layihəsinə narazılıqlarını ifadə etmək üçün Trokadero meydanında toplaşıblar. Onların fikrincə, qanun müsəlmanları ayrıseçkiliyə məruz qoyur.

Xanan Lukilinin sözlərinə görə, o, Fransada islamofobiyanın qurbanlarından biridir. Lukili bildirib ki, işlədiyi məktəb 18 noyabr 2020-ci ildə uyğunsuzluq bəhanəsi ilə “təhlükəsizlik tələblərinə” görə bağlanılıb.

"Bizi iki dəfə yoxlamağa gəldilər. Yoxlamanın nəticələrinə görə bildik ki, bizi separatçılıqda ittiham edirlər", - Lukili deyib.

O vurğulayıb ki, hökumət “separatçılıq" adı ilə məşhur qanun layihəsinin köməyi ilə müsəlmanların diskriminasiyası üçün hüquq baza yaratmağa çalışır.

Bağlanmış məktəbinin şagirdi isə özünün və yoldaşlarınını təhsil almaq hüququnu məhrum edilməsindən şikayətlənib. Onun sözlərinə görə ki, indi şagirdlərə yeni məktəblər tapmaq çox çətindir.

Son xəbərlər

Orphus sistemi