Fransanın paytaxtı Parisdə, Şarl de-Qoll adına beynəlxalq hava limanında insanları bıçaqla hədələyən şəxsi polis güllələyərək öldürüb.
“Report” xəbər verir ki, məlumatı Fransanın BFM telekanalı yayıb.
Bildirilib ki, ətrafdakıları hədələyən şəxsi polis tabel silahı ilə güllələyərək öldürüb.
Hadisənin səbəbi və öldürülən kimliyi barədə məlumat hələlik yayılmayıb.