Fransada dodaq oxumaq üçün xüsusi üz maskalarının istehsalına başlanır.
“Report” TASS-a istinadən xəbər verir ki, karlar üçün faydalı olan bu ləvazimat ötən əsrin 30-cu illərində yaradılmış və ölkənin ən böyük əlillər birliklərindən olan “France Handicap”a məxsus və Paris yaxınlığında yerləşən bir müəssisədə istehsal olunacaq. Bu maskalardan gündə 300 ədədədək buraxmaq nəzərdə tutulur.
Qeyd edək ki, bu cür maskaların xüsusiyyəti aşağı hissəsinin şəffaf plastikdən hazırlanmasıdır ki, belədə maska sahibinin dodaqları görünür. Həmin şəffaf hissənin tərləməsinə qarşı içəri tərəfdən xüsusi maddə çəkilir.
Bu cür maska hazırlamaq fikrini cari ilin aprel ayında Tulus şəhərinin sakini, 30 yaşlı gön-dəri mütəxəssisi Anissa Mekrabeş tərəfindən irəli sürülmüşdü. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya əhalisinin 5 faizi eşitmə imkanları məhdud şəxslərdir.