Fransanın Marsel şəhərində keçirilən matç zamanı bir futbolçu odlu silahdan açılan atəş nəticəsində öldürülüb, daha bir futbolçu ağır xəsarət alıb.
Bu barədə “Report” yerli
Hadisə Marselin şimal hissəsində, 15-ci dairədə iki həvəskar komandanın görüşü zamanı olub. "La Marin" stadionuna yaxınlaşan avtomobildən futbolçulara atəş açılıb.
Hadisə ilə əlaqədar polis tərəfindən araşdırmalara başlanılıb.
Marselin on beşinci dairəsi kriminal vəziyyətin ağır olduğu yaşayış məntəqələrindən biridir. Şəhərin şimal hissəsində narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstələr arasında atışmalar tez-tez olur.