Fransanın paytaxtı Parisdə keçirilən 1 may aksiyasında 34 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen tvitterdəki səhifəsində bildirib.
O, qeyd edib ki, aksiyada kolonun başında radikallar olublar. Onlar hərəkəti bloklayıblar və polisə butulkalar, fişənglər atmağa başlayıblar. BFMTV telekanalının məlumatına görə, polis gözyaşardıcı qaz tətbiq edib.
Lionda nümayişçilərlə toqquşmalar nəticəsində 27 polis əməkdaşı zərər çəkib.
Qeyd edək ki, bu gün Fransanın bütün iri şəhərlərində 1 may nümayişi keçirilib. Onlar ötən il COVID-19 məhdudiyyətlərinə görə aksiya təşkil etməyiblər. Bu dəfə qaydalar yumşaldılıb.