Fransada pandemiya dövründə koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
Belə ki, son 24 saat ərzində ölkədə 179 807 nəfər koronavirusa yoluxub.
Eyni zamanda qeyd edilir ki, ölkədə əlavə, gücləndirici peyvəndləmə kampaniyası uğurla həyata keçirilir. 23 milyondan çox fransız peyvəndin üçüncü dozasını qəbul edib ki, bu da 7 ay əvvəl vaksin sertifikatı alanların 88%-ni əhatə edir.