Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.
Digər ölkələr
7 İyul , 2024 06:13
Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və iş saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq.

Bəzi şəhər və departamentlərdə məntəqələrin cədvəli fərqli ola bilər. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Parisdə fransalılar saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) səs verə biləcəklər.

Qeyd olunur ki, seçkilərin ilk nəticələrinin yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi