Fransada polislərlə şübhəli şəxs arasında atışma olub, yaralanan var

Fransada polislərlə şübhəli şəxs arasında atışma olub, yaralanan var Fransanın Sent-Etyen şəhərində bir kişi polislərə atəş açıb.
Digər ölkələr
7 Avqust , 2021 22:40
Fransada polislərlə şübhəli şəxs arasında atışma olub, yaralanan var

Fransanın Sent-Etyen şəhərində bir kişi polislərə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası bildirib. Qeyd edilir ki, o, cavab atəşi ilə yaralanıb və saxlanılıb. Hadisə zamanı asayiş keşikçilərindən heç kim zərər çəkməyib.

Radiostansiyanın məlumatına görə, şənbə günü polis iki nəfərin qanunu pozması haqqında xəbər alıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobildə əyləşən təxminən 30 yaşlı iki kişini aşkarlayıblar. Onlardan biri dərhal saxlanılıb, amma o biri qaçmağa çalışıb.

Radiostansiya şahidlərə istinadən bildirib ki, kişi evlərdən birinin həyətində gizlənib. Onun ardınca polislər də həyətə gəliblər. Bunun ardınca atəş səsləri eşidilib. Kişi qarın və ayağından ciddi xəsarət alıb. Asayiş keşikçiləri onun əllərini qandallayıblar, sonra isə həkimləri çağırıblar.

Son xəbərlər

Orphus sistemi