Fransanın cənub-qərbində qatarın altında adamların qalması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” BFM telekanalına istinadən xəbər verir ki, bu barədə Fransa Dəmir Yolları Milli Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, hadisə Fransa ilə İspaniya sərhədində? Sen-Jen-de-Lüz şəhəri yaxınlığında baş verib.
Polis deyib ki, ölənlər və yaralı dəmiryolu xəttinin üstünə uzanıbmış: “Bu zaman qatar onların üstündən keçib”.
Hadisənin səbəbi araşdırılır.