Fransada avtomobil yollarında tıxacların ümumi uzunluğu 1100 km-ə çatıb.
“Report” “France İnfo”ya istinadən xəbər verir ki, bunun 200 km hissəsi Paris və ətrafının payına düşür.
Yollarda uzun tıxacların yaranmasının səbəbi kimi əhalinin kütləvi şəkildə tətil üçün dəniz kənarlarına üz tutması göstərilir.
Ekspertlər iri şəhərlərin sakinlərinə şəxsi avtomobillə saat 16-dan sonra yola çıxmağı tövsiyə ediblər.