Emmanuel Makron baş nazirin istefasını qəbul etməyib - YENİLƏNİB

Emmanuel Makron baş nazirin istefasını qəbul etməyib - YENİLƏNİB Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla görüşmək üçün Yelisey sarayına gedib.
Digər ölkələr
8 İyul , 2024 14:28
Emmanuel Makron baş nazirin istefasını qəbul etməyib - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.

“Report” xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

“Agence France-Presse”in məlumatına görə, E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib.

13:42

Fransanın Baş naziri Qabriel Attal ölkə Prezidenti Emmanuel Makronla görüşmək üçün Yelisey sarayına gedib.

"Report" xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Onun istefa ərizəsini Makrona təqdim edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi