Fransız müstəntiqlər Livanda Yaponiya hakimiyyətindən gizlənən “Nissan” avtomobil şirkətinin keçmiş baş direktoru Karloq Qonu dindirəcəklər.
“Report” xəbər verir ki, bu barədə
Livanın Ədliyyə Nazirliyində bildiriblər ki, fransız müstəntiqlərin komandası yanvarda Beyruta gələcək.
İdarənin nümayəndəsi hansısa konkret tarix açıqlamayıb və ya müstəntiqlərin Qondan hansı informasiyanı almağı planlaşdırdıqlarını deməyib.
Yaponiyada məhkəmə təqibindən başqa, Fransa da 66 yaşlı biznesmenə qarşı bir sıra ittihamlar irəli sürəcək. Bu ittihamlar arasında vergilərin ödənilməməsi, “çirkli” pulların yuyulması, dələduzluq və şirkətin aktivlərindən sui-istifadə də var.
Mənbə agentliyə bildirib ki, fransız müstəntiqlər livanlı həmkarları ilə əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Tokioda ev dustaqlığında olan Karlos Qon bu ölkədən qaçıb. O, şəxsi təyyarəsi ilə Beyruta qədər gəlib. Yaponiya tərəfi onun həbs edilməsi üçün geri qaytarmağı tələb edir.
Daha əvvəl Tokio Dairə Məhkəməsi ev dustağı olmuş və ölkədən qaçmış “Renault-Nissan-Mitsubishi” avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qonun girovunun müsadirə olunması barədə qərar qəbul edib.
Qeyd edilir ki, girovun məbləği 1,5 milyard ien (13,8 milyon ABŞ dollarından çox) təşkil edir
Fransa, Braziliya və Livan vətəndaşlığına malik Karlos Qon ötən ilin 19 noyabrında Tokio Prokurorluğu tərəfindən həbs olunub.