Fransua Olland aktrisa Jüli Qaye ilə ailə qurub

Fransua Olland aktrisa Jüli Qaye ilə ailə qurub Fransanın sabiq Prezidenti Fransua Olland ilə kinoaktrisa Jüli Qayenin nikah mərasimi keçirilib.
Digər ölkələr
8 İyun , 2022 12:54
Fransua Olland aktrisa Jüli Qaye ilə ailə qurub

Fransanın sabiq Prezidenti Fransua Olland ilə kinoaktrisa Jüli Qayenin nikah mərasimi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, mərasim Ollandın vaxtilə uzun müddət mer olduğu Tül şəhərində baş tutub.

Bunun, siyasətçi Segolen Royaldan 4 övladı olan 67 yaşlı sabiq Prezidentin ilk rəsmi nikahı olduğu bildirilir.

Xatırladaq ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilədək Fransanın Prezidenti olub. Onu bu vəzifədə Emmanuel Makron əvəz edib.

Son xəbərlər

Orphus sistemi