FT: Rusiya artıq ABŞ-ın ən güclü rəqibi deyil

FT: Rusiya artıq ABŞ-ın ən güclü rəqibi deyil İndi Çin bu rolu oynayır
Digər ölkələr
27 İyul , 2020 16:25
FT: Rusiya artıq ABŞ-ın ən güclü rəqibi deyil

Son üç ildə Rusiya ABŞ-ın əsas rəqibi statusunu itirib, indi Çin bu rolu oynayır.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Nəşr iddia edir ki, ABŞ-ın hazırkı hökuməti məhz Çini texnologiya və silahlanma  baxımından ən böyük təhlükə hesab edir.

Jurnalistlər həmçinin qeyd edirlər ki, Çin indi yeni roluna uyğun hərəkət edir, Moskva ilə Pekin arasında əməkdaşlıq isə güclənib.

Ancaq Amerikanın bəzi dairələrində bu qarşılıqlı fəaliyyətin kifayət qədər güclü olmadığını düşünür və Rusiya ilə ABŞ-ın hansısa anda Çinə qarşı birləşəcəyi ehtimalını istisna etmirlər.

Son xəbərlər

Orphus sistemi