ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Nyu-York meri Erik Adamsın korrupsiyada mümkün iştirakı ilə bağlı araşdırma çərçivəsində ondan elektron cihazları müsadirə ediblər.
“Report” xəbər verir ki, bu barədə New York Times (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bazar ertəsi FTB əməkdaşları küçədə Adamsa yaxınlaşıb və merin mühafizəçilərindən kənara çəkilməsini xahiş etdikdən sonra onun elektron cihazlarını müsadirə ediblər: ən azı iki telefon və iPad.
“Keçmiş hüquq-mühafizə orqanının əməkdaşı kimi mən bütün əməkdaşlarımdan qanuna riayət etmələrini və istintaqla tam əməkdaşlıq etmələrini gözləyirəm. Mən də eyni şeyi etməyə davam edəcəyəm”deyən, Adams vurğulayıb ki, onun gizlədə biləcəyi heç nə yoxdur.
FTB daha əvvəl Adamsın 2021-ci il seçki kampaniyası üçün vəsait toplanmasına cavabdeh olan Brianna Saqqsın evində axtarış aparıb.