G7 ölkələrin XİN başçılarının Ukraynaya dəstəklə bağlı onlayn müzakirəsi keçiriləcək

G7 ölkələrin XİN başçılarının Ukraynaya dəstəklə bağlı onlayn müzakirəsi keçiriləcək G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) xarici işlər nazirləri bu gün Ukraynadakı vəziyyəti və gələcək cavab tədbirlərini müzakirə edəcəklər.
Digər ölkələr
22 Dekabr , 2022 10:07
G7 ölkələrin XİN başçılarının Ukraynaya dəstəklə bağlı onlayn müzakirəsi keçiriləcək

G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) xarici işlər nazirləri bu gün Ukraynadakı vəziyyəti və gələcək cavab tədbirlərini müzakirə edəcəklər.

“Report” Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, görüş onlayn rejimdə keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida G7-nin sədri kimi 2023-cü ildə Ukraynaya yardımı təşviq etmək niyyətində olduqlarını bəyan etmişdi. O, həmçinin rəsmi Tokionun Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə israrlı olacağını vurğulayıb.

G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ), Avstraliya və Norveç dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddinin 1 barel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərara gəlib. Dekabrın 19-da isə Aİ-yə üzv dövlətlərin energetika nazirləri qazın qiymətinin yuxarı həddi ilə bağlı siyasi razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi