Yeddilik Qrupunun (G7) sammiti gələn il iyunun 13-dən 15-dək İtaliyanın Apuliya bölgəsində keçiriləcək.
“Report”un məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni məlumat verib.
“İtaliyanın “G7”yə sədrliyi dövründə Afrika və miqrasiya məsələsi əsas mövzular olacaq. Gələn il ərzində müxtəlif nazirliklərin himayəsi altında tədbirlər keçiriləcək, lakin əsas tədbir - liderlərin sammiti iyunun 13-dən 15-dək Apuliyada baş tutacaq”-deyə, o bildirib.
Bundan başqa liderlər Ukraynanın bərpası ilə yanaşı, iqlim dəyişikliyi problemini və ərzaq təhlükəsizliyi kimi əsas problemlərin həlli yollarını müzakirə edəcəklər.