G7 ölkələrinin xarici işlər nazirləri sabah Ukraynadakı durumu müzakirə edəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Onun sözlərinə görə, toplantı NATO XİN başçılarının Brüsseldəki iclası çərçivəsində keçiriləcək.
Qeyd edək ki, G7 ölkələrinə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir.