Bu həftə Almaniyada “Böyük yeddilik” (G7) ölkələrinin XİN rəhbərlərinin Ukrayna ilə bağlı təcili görüşünün keçirilməsi planlaşdırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, G7 ölkələrinin XİN rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək.
Xatırladaq ki, 18-20 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında 35 dövlət və hökumət başçısı iştirak edəcək. Tədbirdə ABŞ-ı vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin təmsil edəcəyi, Almaniya nümayəndə heyətinə kansler Olaf Şoltsun rəhbərlik edəcəyi gözlənilir.
Konfransda həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.