Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış baş verib.
Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.