“Guardian” nəşri ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı səhvini başqalarına yükləməyə çalışdığını yazıb.
“Report” xəbər verir ki, qəzet Əfqanıstan məsələsini Baydenin prezidentlik dövrünün böyük böhranı adlandırıb.
Bildirilib ki, ABŞ Prezidenti öz səhvi ilə üzləşməkdən uzaqdır.
“Bayden öz səhvini Əfqanıstan hökumətinə, sələfi Donald Trampa yükləməyə cəhd edir”, - deyə qeyd edilib.