Dominikan polisi 2021-ci ilin iyulunda Haiti prezidenti Jovenel Moizə sui-qəsddə şübhəli bilinən Rodolf Jaarı saxlayıb.
"Report" xəbər verir ki, bu barədə "Juno 7" portalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Jaarın həbsi qətldə şübhəli bilinən digər şəxs, 2021-ci ilin oktyabrında saxlanılan Kolumbiya vətəndaşı Mario Antonio Palasiosun ifadəsindən sonra həyata keçirilib.
Saxlanılan şəxs ABŞ Federal Təhqiqatlar Bürosuna təhvil veriləcək. Günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.
İyulun 7-də Moiz dövlət başçısının iqamətgahına hücum zamanı ölümcül yaralanıb, həyat yoldaşı da güllə yarası alıb. Prezident bir neçə gün sonra dünyasını dəyişib.
Ölkə hakimiyyəti daha sonra bildirib ki, cinayətkar qruplaşmaya Kolumbiyanın 26 vətəndaşı daxildir, onlardan bəziləri artıq həbs edilib. Qətl işi üzrə ümumilikdə 40-dan çox adam saxlanılıb. Moiz iyulun 23-də respublikanın şimalındakı Kap-Haitien şəhərində dəfn olunub.