Haitinin cənub sahillərində sərnişin qayığı qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən
Qəza nəticəsində azı 20 nəfər həlak olub. Ölənlər arasında iki azyaşlı da var.
Hadisənin baş verdiyi ərazinin sakinləri bir neçə nəfəri xilas ediblər.
İlkin versiyaya görə, qayıq həddindən artıq yüklənib, çünki göyərtəsində çoxlu miqdarda yük, xüsusən də sement kisələri olub.