Haitinin Port-o-Prens şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə 6 nəfər olub. Onların hamısı qəzada ölüb.
İlkin məlumata görə, həlak olanlardan 2-si qonşu Dominikan Respublikasının vətəndaşlarıdır.
Hakimiyyət orqanları qəzanın səbəbləri ilə bağlı təhqiqat aparır.