Haitidə zəlzələ qurbanlarının sayı artıb.
Bu barədə “Report” “Agency France Presse”ə istinadən xəbər verir.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 1 297 nəfərə çatıb.
Qeyd olunub ki, azı 5,7 min insan yaralanıb, onların 3,2 mini xəstəxanaya yerləşdirilib.
Hazırda dağıntılar altında olan insanların axtarışları davam edir. Haitinin baş naziri Ariel Anri təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.
Qeyd edək ki, Haiti adasının qərbində zəlzələ baş verib. Yeraltı təkan Rixter şkalası ilə 7 balla qiymətləndirilib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib.