Haitidə zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 2 248 nəfərə çatıb. Zəlzələ zamanı 12 763 insan yaralanıb, 329 nəfər itkin düşüb, 53 mindən çox bina tamamilə, 83 min bina qismən dağılıb.
Qeyd edək ki, zəlzələ avqustun 14-də Haiti adasının qərbində 7,2 bal gücündə baş verib. Zəlzələ ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə zamanı Yuq, Qrand-Ans və Nipp departamentləri zəlzələdən ciddi zərər çəkib. Hakimiyyət orqanları ölkədə 1 aylıq fövqəladə vəziyyət rejimi elan ediblər.
YUNİSEF-in məlumatına görə, təbii fəlakət 1,2 milyon insana ziyan vurub, onlardan 540 mini uşaqdır.