Haitinin baş naziri prezidentin qətlində şübhəli bilinən şəxslərin azad olunmasını istəyib

Haitinin baş naziri prezidentin qətlində şübhəli bilinən şəxslərin azad olunmasını istəyib Haitinin Baş naziri Ariel Henri prezident Jovenel Moizin qətlində şübhəli bilinənlərin sərbəst buraxılmasını istəyib.
Digər ölkələr
1 Oktyabr , 2021 01:11
Haitinin baş naziri prezidentin qətlində şübhəli bilinən şəxslərin azad olunmasını istəyib
Ariel Henri

Haitinin baş naziri Ariel Henri prezident Jovenel Moizin qətlində şübhəli bilinənlərin bəzilərinin sərbəst buraxılmasını istəyib.

"Report" xəbər verir ki, müvafiq bəyanat hökumət başçısının ofisi tərəfindən yayılıb.

"Baş nazir bununla ölkəsində qanunun aliliyi və insan hüquqlarına hörmət edildiyini nümayiş etdirib. Tamamilə müstəqil məhkəmə sisteminin köməyi ilə proses ədalətli şəkildə aparılacaq", - məlumatda deyilir.

Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-ə keçən gecə öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb. Haiti hökuməti hadisə ilə əlaqədar ölkədə 15 günlük hərbi vəziyyət rejimi tətbiq edib və sərhədləri bağlayıb.

Daha əvvəl prezidentin öldürülməsini araşdıranların repressiya ilə təhdid edildiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi