Silahlı şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz övladları ilə birgə ölkəni tərk edib.
“Report” xəbər verir ki, bu barədə “Aiti-24” portalı məlumat yayıb.
Qeyd olunub ki, M.Moiz müalicə aldığı ABŞ-ın Florida ştatına gedib.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz 7 iyulda yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı ölkənin birinci xanımı olmuş Martin Moiz də yaralanaraq xəstəxanaya yerləşdirilmişdi. O daha sonra müalicə almaq üçün ABŞ-a aparılmışdı.