Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyada nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər.
Digər ölkələr
30 Noyabr , 2024 15:05
Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyada nüvə müharibəsi təhlükəsinə gətirib çıxara bilər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “TRT World” forumunda bildirib.

Onun fikrincə, hazırkı dünya nizamı əleyhinə mübarizə aparılmalı olan siyasi, hərbi, iqtisadi və ekoloji təhlükələr yaradır.

“Artan qütbləşmə ölkələri yeni müttəfiqlər axtarmağa sövq edir ki, bu da qlobal təhlükəsizlik arxitekturasının zəifləməsinə gətirib çıxarır. Yaxın Şərq və Asiya-Sakit okean regionunda sürətli militarizasiya dünyanı uçurumun kənarına gətirə və nüvə münaqişəsi təhlükəsi yarada bilər”, - o deyib.

Son xəbərlər

Orphus sistemi