Hakerlər Almaniya Bundestaqının yeddi və regional parlamentlərin otuz bir deputatının kompüterlərinin parolunu qırmağa çalışıblar.
“Report” xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən “Der Spiegel” bildirib.
Məlumatların ələ keçirilib-keçirilməməsi hələ müəyyən edilməyib.
Nəşr qeyd edir ki, hücuma əsasən hakim partiyaların – Xristian Demokratik İttifaqının, Xristians Sosial İttifaqının, Almaniya Sosial Demokrat Partiyasının üzvlərinin kompüterləri məruz qalıblar. Təfərrüatlar açıqlanmır.
Jurnalın məlumatına görə, kiber hücumun arxasında “Ghostwriter” qruplaşmasının dayandığı ehtimal edilir.