Havay adalarının qubernatoru ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib

Havay adalarının qubernatoru ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib Böyük hissəsi ABŞ-ın ştatı ərazisinə daxil olan Havay adalarında bu gün leysan yağışlar və daşqınlar səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Digər ölkələr
10 Mart , 2021 11:11
Havay adalarının qubernatoru ştatda fövqəladə vəziyyət rejimi tətbiq edib

Böyük hissəsi ABŞ-ın ştatı ərazisinə daxil olan Havay adalarında bu gün leysan yağışlar və daşqınlar səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Devid Ayc tvitterdəki mikrobloqunda məlumat verib.

“Elə indicə Havay ştatında fövqəladə rejimin tətbiqinə dair sənədi imzaladım. Leysan yağışlar və daşqınlar adalardakı özəl və dövlət mülkiyyətinə ciddi ziyan vurub”, - o yazıb.

Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlara çıxış əldə etməyə və fəlakətdən sonra daha çox mənbədən istifadə etməyə imkan verir.

Bundan əvvəl Havay adalarında dambanın dağılmaq təhlükəsi ilə əlaqədar əhalinin məcburi təxliyə edilməli olduğu açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi