HƏMAS-ın silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının üzvləri İsrail ordusuna məxsus “Apache” helikopterini raketlə vurduqlarını iddia edirlər.
"Report" xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalındakı paylaşımda qeyd edilib.
Helikopterin Qəzza şəhərinin qərbində vurulduğu bildirilir.