Göyərtəsində Hindistanın müdafiə naziri Racnath Sinqhin də olduğu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S-130J Super Hercules” hərbi-nəqliyyat təyyarəsi sentyabrın 9-da Racastan ştatının qərbində federal əhəmiyyətli avtomobil yolunda nümayiş enişi edib.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, müdafiə naziri ilə yanaşı, təyyarənin göyərtəsində Hindistanın yol-nəqliyyat naziri Nitin Qadkari və Hərbi Hava Qüvvələri qərargahının rəisi R.K.Bhadauriya olub. Onlar fövqəladə hallarda hərbi təyyarələr üçün inşa edilən avtomobil yolunun açılışında iştirak edib.
Məlumata görə, bu yolun uzunluğu 3 km-dir. Yol 19 aya çəkilib. Adi vaxtlarda yol avtomobil nəqliyyatına xidmət edəcək.