Hindistanın müdafiə naziri Racnath Sinqh yanvarın 8-dən 10-dək Böyük Britaniyanın paytaxtı Londona ikigünlük səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərə görə, səfər zamanı təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.
“Mən yanvarın 8-dən 10-dək Londonda səfərdə olacağam, britaniyalı həmkarım Qrant Şapps ilə ikitərəfli görüş keçirəcəyəm. Müdafiə, təhlükəsizlik və sənaye əməkdaşlığına dair geniş spektrli məsələlərin müzakirəsini səbirsizliklə gözləyirəm”, - o qeyd edib.
Bundan başqa, R.Sinqh Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron ilə də görüşəcək.