Hindistanın “Spicejet” hava yollarının təyyarəsinin güclü turbulentlik zonasına düşməsi nəticəsində 14 sərnişin və 3 ekipaj üzvü xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Mumbay-Durqapur reysini həyata keçirən “Boeing B737” layneri güclü turbulentlik zonasına düşüb.
Bir neçə sərnişin başından, bir sərnişin onurğa sütunundan zədə alıb. Təyyarə təyinat nöqtəsində yerə endikdən sonra xəsarət alanlara tibbi yardım göstərilib.