Güclü yağışların səbəb olduğu daşqın və sürüşmələr nəticəsində Hindistanın Uttarahand ştatında 46 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştat rəhbərliyi məlumat açıqlayıb.
Məlumata görə, daha 11 nəfər itkin düşüb, 12 nəfər isə xəsarət alıb.
Daha əvvəl ştat rəhbərliyi ölənlərin ailələrinə 400 min rupi (5300 ABŞ dolları), evlərini itirənlərə 190 min rupi (2500 ABŞ dolları) məbləğinda yardım ediləcəyini bildirmişdi.
Güclü yağışların əmələ gətirdiyi daşqın və sürüşmələr nəticəsində bir sıra yaşayış məntəqələri arasında əlaqə kəsilib.