Hindistanın Madhya-Pradeş ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 47 insan həlak olub.
“Report” xəbər verir ki, bu barədə
Qeyd edilir ki, hadisə Sidxi dairəsində baş verib. Sərnişinlərlə dolu avtobus su kanalına düşərək batıb.
Hadisə zamanı avtobusda 54 sərnişin olub. Onlardan yeddisi xilas edilib, digərləri itkin düşüb.
Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə axtarış-xilasetmə əməliyyatı fevralın 17-də bərpa olunacaq.