Hindistanda avtobusların toqquşması nəticəsində azı 12 nəfər ölüb

Hindistanda avtobusların toqquşması nəticəsində azı 12 nəfər ölüb Hindistanın Odişa ştatında iki avtobusun üzbəüz toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
Digər ölkələr
26 İyun , 2023 09:52
Hindistanda avtobusların toqquşması nəticəsində azı 12 nəfər ölüb

Hindistanın Odişa ştatında iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Qeyd edilib ki, qəzaya düşənlər toy mərasimindən qayıdırmış.

Məlumatda bildirilib ki, ölənlərin 7-si bir ailənin üzvləri, digərləri də onların qohumları olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi