Hindistanın Mehxalaya ştatında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 6 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.
Hadisə gecə saatlarında Tura-Şillonq yolunda baş verib.
Sərnişin avtobusunun sürücüsü yolun mürəkkəb hissəsində idarəetməni itirib və maşın yarğandan Rinqdi çayına yuvarlanıb. Hadisə yerinə xilasetmə briqadası və xüsusi xidmət əməkdaşları gəliblər, xəsarət alanlara yardım göstərilib.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.