Hindistanın Maharaştra əyalətində 5 mərtəbəli yaşayış binasının çökməsindən sonra təxminən 60 nəfər dağıntıları altından xilas edilib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə NDTV teleşirkəti məlumat yayıbş
Bildirilir ki, hadisə nəticəsində, 15 nəfər yaralanıb, 1 nəfər ölüb.
Məlumata görə, hadisə yerində xilasetmə işləri davam edir. Daha 25 nəfərin dağıntılar altında qalması ehtimal olunur.
Binanın çökməsinə əsas səbəb kimi avqust ayından başlayan musson yağışları göstərilir.