Hindistanda bu il ilk dəfə quş qripindən adam ölüb

Hindistanda bu il ilk dəfə quş qripindən adam ölüb Oğlanla təmasda olan klinikanın işçiləri təcrid olunublar
Digər ölkələr
21 İyul , 2021 10:55
Hindistanda bu il ilk dəfə quş qripindən adam ölüb

Hindistanda 2021-ci ildə ilk dəfə bir nəfər quş qripindən ölüb: 11 yaşlı uşaq vəfat edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Indian Express” qəzeti Ümumhindistan Tibb Elmləri İnstitutundakı mənbəyə istinadən məlumat yayıb.

Uşaq ayın əvvəlində xəstəxanaya yerləşdirilib, iki həftədən çox xəstəxanada yatdıqdan sonra iyulun 20-də ölüb. Oğlanla təmasda olan klinikanın işçiləri təcrid olunublar.

Daha əvvəl insanın H5N6 serotipli quş qripi virusuna yoluxması halı Çinin cənub-qərbindəki Sıçuan əyalətində qeydə alınmışdı. Baçjun şəhərinin 55 yaşlı sakini yoluxmuşdu. İyunun 30-da kişinin temperaturu kəskin şəkildə qalxmış, iyulun 4-də o, xəstəxanaya yerləşdirilmiş, iki gün sonra isə yerli səhiyyə işçiləri onun H5N6 virusuna yoluxduğunu təsdiqləmişdilər.

Son xəbərlər

Orphus sistemi