Hindistanda çökən tunelin altında qalanlar 17 gündən sonra xilas olunub

Hindistanda çökən tunelin altında qalanlar 17 gündən sonra xilas olunub Hindistanın Uttarxand ştatında tikilməkdə olan nəqliyyat tunelinin çökməsi nəticəsində içəridə qalan 41 işçinin hamısı bu gün - 17 gün sonra xilas edilib.
Digər ölkələr
28 Noyabr , 2023 19:42
Hindistanda çökən tunelin altında qalanlar 17 gündən sonra xilas olunub

Hindistanın Uttarxand ştatında tikilməkdə olan nəqliyyat tunelinin çökməsi nəticəsində içəridə qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, müxtəlif riskli üsulların tətbiq edildiyi xilasetmə əməliyyatlarının sonunda həmin şəxsləri sağ çıxarmaq mümkün olub.

Qeyd edək ki, hadisə noyabrın 12-də baş verib.

Son xəbərlər

Orphus sistemi