Hindistanın cənubunda yerləşən Tamil Nadu şəhərindəki bir məbəddə 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb elektrik cərəyanı olub.
Məlumatda bildirilib ki, ölənlərdən 2-si uşaqdır.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Həyatını itirənlərin sayının artması istisna edilmir.