Hindistanda karxanada partlayış olub, 10 nəfər ölüb, yaralılar var

Hindistanda karxanada partlayış olub, 10 nəfər ölüb, yaralılar var Partlayışın səbəbi araşdırılır
Digər ölkələr
8 May , 2021 13:26
Hindistanda karxanada partlayış olub, 10 nəfər ölüb, yaralılar var

Hindistanda daş karxanasındakı partlayış nəticəsində azı 10 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, qəza mayın 8-də Hindistanın Andhra-Pradeş əyalətinin Kadapa rayonunda olub.

Bildirilib ki, hadisə qranitdə açılan yerə partlayıcı maddə doldurulan zaman baş verib. Partlayıcı çox olduğundan partlayış ani olub. On nəfər hadisə yerində ölüb. Yaralılar hospitala yerləşdirilib.

Partlayışın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi