Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında körpünün uçması nəticəsində 9 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə “ANI” yerli polisə istinadən məlumat verib.
Belə ki, Kinnaur vilayətində torpaq sürüşməsi səbəbindən böyük daş parçaları dağdan yuvarlanaraq körpünün üzərinə düşüb. Nəticədə körpü uçub.
Hadisə baş verən zamanı körpünü avtomobillə keçənlərin doqquzu ölüb, daha üç nəfəri xəsarət alıb.