Hindistanın şərqində yerləşən Odişa ştatında qatarın qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə Caypur şəhəri yaxınlığında yerləşən Koray dəmir yolu stansiyasında baş verib. Burada yük qatarının 8 vaqonu relsdən çıxıb və çox sayda sərnişinin olduğu gözləmə zalına çırpılıb.
Dəmiryolunun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.