Avqustun əvvəlindən Hindistanın cənubundakı Kerala ştatında baş verən torpaq sürüşmələri nəticəsində 58 nəfər ölüb.
“Report” “The Hindu”ya istinadən xəbər verir ki, ötən sutka musson yağışı səbəbindən yenidən torpaq sürüşməsi baş verib.
Məlumata görə, son sürüşmədə azı iki nəfər ölüb, 12 nəfər itkin düşüb, təxminən 100 nəfər ev-eşiksiz qalıb.
Qeyd olunub ki, sürüşmələrin qurbanları əsasən çay tarlalarının işçiləri olub.