Hindistanda torpaq sürüşməsi zamanı 13 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi zamanı 13 nəfər ölüb Hindistanın şimalındakı Ximaçal-Pradeş ştatında baş vermis torpaq sürüşməsi zamanı 13 nəfər həlak olub.
Digər ölkələr
12 Avqust , 2021 08:17
Hindistanda torpaq sürüşməsi zamanı 13 nəfər ölüb

Hindistanın şimalındakı Ximaçal-Pradeş ştatında baş vermis torpaq sürüşməsi zamanı 13 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə yerli idarənin direktoru Sudeş Kumar Moxta bildirib.

"Daha üç meyit axtarış-xilasetmə əməliyyatının yeniləndiyi Ximaçal-Pradeş ştatında, Kinnaur ərazisində, sürüşmə yerində aşkarlanıb, buna görə də ölənlərin sayı artaraq 13 nəfərə çatıb", - idarə rəsmisi tvitterdəki hesabında yazıb.

Daha əvvəl çərşənbə günü NDTV telekanalı 11 nəfərin həlak olması, 30 nəfərin itkin düşməsi barədə məlumat yayıb.

Torpaq sürüşməsi çərşənbə günü gündüz Ximaçal-Pradeşedə, Kinnaur ərazisində olub. Nəticədə bir neçə avtomobil, avtobus və yük maşını uçqun altında qalıb. Hindistanın baş naziri Narendra Modi mərkəzi hökumətin yerli hakimiyyətə kömək göstərməyə hazır olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi