Hindistanın qərbindəki Bxivandi (Maharaştra ştatı) şəhərində 3 mərtəbəli binanın uçması nəticəsində 8 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 4:00-da (Bakı vaxtı ilə saat 2:30-red) baş verib. Məlumata görə, yerli sakinlər təxminən 20 nəfəri xilas edib. Daha 20-25 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Hazırda xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər, əməliyyata təlim görmüş itlər cəlb edilib.