Yaponiyanın Hokkaydo adasından cənub-şərqdə 6,1 bal gücündə zəlzələ baş verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteoroloji Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 60 km su altında yerləşib. İtki, xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də qeyd alınmayıb.